intertv.az
intertv.az

İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi

17-06-2015, 20:24 130 dəfə baxılıb

İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi






















Hüquq müdafiəçisi Emin Hüseynovun İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən ölkədən çıxarılmasının yeni sensasion təfərrüatları məlum olub

Virtualaz.org saytına hakimiyyət dairələrindəki mənbələrdən daxil olan məlumata görə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 aydır gizləndiyi İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk edib. Bu razılaşma Azərbaycan və İsveçrə arasında dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində əldə edilib.

Məlumata görə Emin Hüseynov Azərbaycan dövləti qarşısında vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir). Həmçinin Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.

Xatırladaq ki, bir gün əvvəl YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək Emin Hüseynovun Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırıldığını bəyan etmişdi. Material yenilənəcək, saytımızı izləyin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA