intertv.az
intertv.az

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb

5-06-2016, 11:58 110 dəfə baxılıb

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb




















İdmançı bir neçə gün əvvəl ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi

Əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.

Idmançının ailə üzvlərinin Reuters-ə verdiyi məlumata görə, 74 yaşlı boksçu naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib.

Xatırladaq ki, boks dünyasının əfasanəsi iyunun 2-də ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun ölüm ayağında olduğu açıqlamışdılar.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur.

Öz karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA