intertv.az
intertv.az

“LUKoyl” şirkətinin vitse-prezidentinin oğlu 15 sutkalıq həbs edildi

29-05-2016, 08:35 98 dəfə baxılıb

“LUKoyl” şirkətinin vitse-prezidentinin oğlu 15 sutkalıq həbs edildi




















Gənc adam yol polisindən qaçmağa çalışıb

Moskvanın Qaqarin rayon məhkəməsi “LUKoyl” neft şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarova avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 15 sutka həbs cəzası verib.

Rusiya mətbuatı verdiyi xəbərə görə, məhkəmə Şamsuarovu polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilərək, onun barəsində 15 sutka inzibati həbs qərarı qəbul edib.

Ruslan Şamsuarov barəsində başlanan cinayət işi prokuror tərəfindən rədd edilib.

Qeyd edək ki, mayın 23-də Ruslan Şamsuarovun sahibi olduğu “Mercedes G 63 AMG” markalı avtomobil yol hərəkəti qaydalarını ciddi pozaraq bir neçə saat ərzində yol polisindən qaçmağa çalışıb. Qabaq sərnişin oturacağında əyləşən Ruslan Şamsuarovu özü isə baş verənləri mobil telefonundakı əlavə vasitəsilə canlı yayımlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA