intertv.az
intertv.az

Ermənilər Tərtərin kəndlərini işıqsız qoydular

27-04-2016, 11:58 121 dəfə baxılıb

Ermənilər Tərtərin kəndlərini işıqsız qoydular




















Evlərə ciddi ziyan dəyib

Son bir sutkada ermənilərin cəbhənin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

Bu barədə Report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov məlumat bildirib.

Onun sözlərinə görə, rayonun Seyidinli, Qapanlı, Qazıyan, Seysulan, Çiləbürt, Yarımca, Göyarx kəndlərində bir neçə fərdi yaşayış evinə "qrad" mərmisi düşüb: "Ermənilərin atdığı "qrad" mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb".

O qeyd edib ki, hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır:

"Artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq. Dəymiş ziyanla bağlı Tərtər Rayon Fövqəladə Hallar Komissiyasında araşdırmalar aparılır".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyininin mətlumatına əsasən, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA