intertv.az
intertv.az

Yerevanda sərnişin avtobusu partladı: Ölənlər var – YENİLƏNİB + VİDEO

26-04-2016, 10:20 111 dəfə baxılıb

Yerevanda sərnişin avtobusu partladı: Ölənlər var – YENİLƏNİB + VİDEO




















İnsident Alabyan küçəsində baş verib

Ermənistanın İstintaq Komitəsi Yerevanda Alabyan küçəsində baş verən avtobusun partlamasına dair yeni məlumat yayıb.

Son məlumata görə, “Boqdan” markalı 4829Տ dövlət qeydiyyat-nişanlı 63 saylı avtobusda partlayış zamanı 10 nəfər - sürücü və doqquz sərnişin olub.

Onlardan ikisi hadisə yerində ölüb, yeddi nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri 1994-cü il təvəllüdlü Artur Markaryan tibbi yardım aldıqdan sonra xəstəxanadan evə buraxılıb.

Altı nəfər “Armeniya” tibbi mərkəzindədir: Asmik Surenovna Melkonyan (1963), Anu Arşaluysovna Yeqikyan (1979), Arutyun Nazaroviç Terzyan (1971), Edqar Araikoviç Qasparyan (2002), Anait Sarkisovna Markaryan (1994), Roland Surikoviç Xocayan (2001).

Ölənlərdən birinin kimliyi müəyyənləşdirilib, o, Ermənistan vətəndaşıdır. Ölən ikinci şəxsin kimliyi müəyyənləşdirilir.

23:06 (25.04.2016)


İlkin məlumatlara görə, Yerevanın Alabyan küçəsindəki partlayış nəticəsində 2 nəfər həlak olub.

Xəbəri News.am portalına FHN-in ictimaiyyətlə əlaqələr şəbəsinin rəisi Nana Qndoyan verib.

22:53

Ermənistanın paytaxtı Yerevan şəhərində axşam saatlarında sərnişin avtobusunda partlayış baş verib.

Bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.

İnsident yerli vaxtla saat 21.51-də (Bakı vaxtı ilə eynidir) Alabyan küçəsində baş verib.

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA