intertv.az
intertv.az

Bakıda restoranda adam güllələdilər

22-04-2016, 10:20 65 dəfə baxılıb

Bakıda restoranda adam güllələdilər




















Yaralılar xəstəxanaya müraciət etməyiblər.

Bakıda güllələnmə hadisəsi baş verib

Hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən “Bulaq” restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib.

Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş “Makarov” tipli tapançadan açılıb.

Mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir.
Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

Faktla əlaqədar cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA