intertv.az
intertv.az

”Bakı-2015”in medalları belə olacaq

6-06-2015, 11:25 141 dəfə baxılıb

”Bakı-2015”in medalları belə olacaq

12-28 iyun aralığında Bakıda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı “Bakı-2015”in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Medalları "Azərsuvenir" şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medalın dizaynı “Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində “Bakı-2015”in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.
Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA