intertv.az
intertv.az

Vergi ödəyiciləri üçün ŞAD XƏBƏR

19-04-2015, 11:20 231 dəfə baxılıb

Vergi ödəyiciləri üçün ŞAD XƏBƏR

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.


Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, dəyişiklik Vergilər Nazirliyinin Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifinə əsasən edilib.


Dəyişikliyə görə, Çağrı Mərkəzi vasitəsilə “sadələşdirilmiş verginin bəyannamıs”nin təqdim edilməsi və gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu da “Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA