intertv.az
intertv.az

ABŞ-dan Rusiyaya sərt ittiham

4-06-2015, 13:57 134 dəfə baxılıb

ABŞ-dan Rusiyaya sərt ittiham

ABŞ Ukraynanın şərqində vəziyyətin gərginləşməsində Rusiyanı ittiham edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.

“Biz rusiyameyyli separatçıların Donetsk, Luqansk, Maryinka və Peski yaşayış məntəqələrində Ukrayna ordusunun mövqelərinə hücumlarından narahatıq. Vəziyyətin gərginləşməsi və atəşkəsin pozulmasına görə məsuliyyət Rusiyanın üzərində düşür”, deyə M.Harf bildirib.

Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar Minsk razılaşmalarının pozulması deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA