intertv.az
intertv.az

Şamaxıda 2 güclü zəlzələ - 4.6 bal və 4 bal - YENİLƏNİB 1

3-06-2015, 16:47 133 dəfə baxılıb

Şamaxıda 2 güclü zəlzələ - 4.6 bal və 4 bal - YENİLƏNİB 1

Zəlzələnin ardınca 10-15 afterşok qeydə alınıb


Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, saat 15:06:18-da İsmayıllı rayonu ərazisində növbəti zəlzələ qeydə alınıb.

4 bal gücündə, 6 km dərinlikdə baş verən zələzlə hiss olunub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Lent.az-a açıqlamasında deyib ki, Şamaxıda 4.6 gücündə baş vermiş zəlzələdən sonra 10-15 afterşok qeydə alınıb. Onlardan biri 3.8 bal gücündə olub.

Zəlzələ Şamaxının Zarat-Xeybəri kəndinə yaxın ərazidə qeydə alınıb. Q. Yetirmişli deyib ki, bu kənd qayalıq olduğundan evlərin özülü möhkəmdir. Ona görə də ilkin məlumata görə, evlərə ciddi zədə dəyməyib: “Hələ ki, enerji boşalması gedir. Ümumiyyətlə, Şamaxı ən aktiv seysmoloji bölgələrdən biridir”.

***

Şamaxı rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ saat 14:32:57-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 4,6 bal, dərinliyi 5 km olub.


Zəlzələ hiss olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA