intertv.az
intertv.az

SOCAR prezidenti: Azərbaycan qazı Gürcüstana əlverişli qiymətə satıb

7-03-2016, 12:38 113 dəfə baxılıb

SOCAR prezidenti: Azərbaycan qazı Gürcüstana əlverişli qiymətə satıb




















“Bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq”

Gürcüstanla Azərbaycan arasında qaz danışıqları başa çatıb və bu ölkəni 2030-cu ilə kimi təbii qazla təmin etmək barədə saziş imzalanıb.

Bu barədə ANS TV-nin “Hesabat” verişində Mir Şahinin qonağı olmuş Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev Azərbaycanın qazı Gürcüstana çox əlverişli qiymətə satdığını bildirib:

“İndi Avropada qazın qiyməti o qədər aşağı düşüb ki, bizim qiymətlər bundan çox yuxarıdır”.

“Gürcüstan bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq. Biz orada möhkəmlənməliyik”, - deyə SOCAR prezidenti bildirib.

Qeyd edək ki, Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında imzalanan müqavilələrdən sonra Gürcüstana ümumilikdə ildə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA