intertv.az
intertv.az

Azərbaycanda bələdiyyə sədri qumar oynadı

30-07-2021, 12:46 72 335 dəfə baxılıb

Azərbaycanda bələdiyyə sədri qumar oynadı


Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə cərimələnib.

Unikal.org verdiyi məlumata görə, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Camaləddin Müzafəddin oğlu Nuriyev İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə (Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə) maddəsi ilə cərimələnib.

Yazılan protokol baxılması üçün Şabran rayon məhkəməsinə göndərilib. İşə hakim Çingiz İsgəndərovun sədrliyi ilə baxılacaq.

Onu da qeyd edək ki, sözügedən xətanın törədən şəxslər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Nəzərinizə çatdıraq ki, bir müddət öncə C.Nuriyevə Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi də açılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA