intertv.az
intertv.az

Ərdoğanın məsləhətçisindən Şeyxlə bağlı NÖVBƏTİ AÇIQLAMA: - “Paşazadə Qarabağa görə…”

26-07-2021, 14:00 66 470 dəfə baxılıb

Ərdoğanın məsləhətçisindən Şeyxlə bağlı NÖVBƏTİ AÇIQLAMA: - “Paşazadə Qarabağa görə…”


Türkiyə prezidenti Ərdoğanın müşaviri Mücahit Küçükyılmaz QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı yazdığı qalmaqallı tvitinə aydınlıq gətirib.

Yenicag.az bildirir ki, Küçükyılmaz qeyd edib ki, Şeyxülislam Qarabağda qələbəyə görə, Türkiyə prezidentinə təşəkkür edib:

“İcazə verin, ədalət naminə vurğulayım ki, Şeyxülislam Allahşükür Paşazadə bizim prezidentə Qarabağda qələbəyə görə təşəkkür edib”.

Daha sonra statusunun doğurduğu rezonansla bağlı bildirib:

“Bizlər, fərdlər gəldi-gedərik. Əbədi olan Türkiyə-Azərbaycan dostluğudur”.

Xatırladaq ki, Küçükyılmazın Qurban bayramı ilə bağlı namazda çıxış edən QMİ sədrinin Türkiyəyə və İran rəhbərlərinə təşəkkürünə dair istehzalı tviti ölkədə ciddi rezonans doğurmuşdu.
Ərdoğanın məsləhətçisindən Şeyxlə bağlı NÖVBƏTİ AÇIQLAMA: - “Paşazadə Qarabağa görə…”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA