intertv.az
intertv.az

"Niyə mən aldadıb, borc yaratdınız?.." - ETİRAZ

26-07-2021, 13:39 74 290 dəfə baxılıb

"Niyə mən aldadıb, borc yaratdınız?.." - ETİRAZ


Teref.az yazır ki, müstəqil araşdlrmaçı jurnalist Cəmil Məmmədli Xacmazda məmurların, idarə rəislərinin özbaşınalıqlarından yazıb. Jurnalist qeyd edir:

"Bir dostumuz var.
Oğlu İkinci Qarabağ müharibəsində əsgər kimi iştirak edib, yaralanıb, sol gözünü itirib, bədənində qəlpələr də var.
Problem nədir?
Azərqazın Xaçmaz şöbəsi bu dostumuzdan müharibə ərəfəsində qaz pulu almayıb ki, dövlət sizin borcunuzu siləcək, rahat olun.
Nəticədə 500 manata qədər borc yığılıb, müharibə də qurtarıb.
İndi də deyirlər, canın çıxsın ödə...
Yazıq imdad edir ki, belə edəcəkdinizsə, yavaş-yavaş hər ay ödəyirdim də.
Niyə mən aldadıb, borc yaratdınız?
İndi də birdən tələb edirsiz, o boyda pulu ödəyə bilmirəm və üstəlik əlil oğluna da baxmalıdı, dərmanı, filanı, xərcləri 3 qat artıb...
Bax belə varlıqların idarəetməsində ömür çürüdürük!!!
Adam söz tapmır deməyə...
Əliyev Rüfət Yaşar oğlu
Xaçmaz rayonu, Vaqif küçəsi ev 8.
051 467 57 50 - Yaşar...
Teref.az olaraq bizdə ümid edirik ki, "Azərqaz"-ın səlahiyyətliləri bu yazımızı oxuyub insafa gələrək, Azərqazın Xaçmaz şöbəsini verdiyi sözə əməl etməyə məcbur edəcəklər!
Şəhid və Qazilrə canımız qurban deyən məmurlar bu gün bu ailələri pula görə ağır vəziyyətə salırlar!Ayıbdır cənablar, A Y I B!!!" //Teref.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA