intertv.az
intertv.az

Şillədən sonra bu dəfə də Makronu qovdular - FOTO

17-07-2021, 14:08 74 290 dəfə baxılıb

Şillədən sonra bu dəfə də Makronu qovdular - FOTO


Fransa prezidenti Emmanuel Makron Fransa tarixində ilk dəfə ölkənin cənubundakı Pireneler bölgəsində Lurdes şəhərindəki ibadətxananı ziyarət edib.

“Xarici KİV xəbər verir ki, ölkənin ən böyük xristian həc mərkəzi olan ibadətxanadada toplaşanlardan biri Makrona sərt reaksiya verib.

“Özündən utanmalısan. Bu bir qalmaqaldır, sən ateistsən, ibtidai ateist. Burada olmağa haqqın yoxdur”, - deyə o söyləyib.

Mühafizəçilərin dərhal müdaxilə etdiyi şəxs saxlanılıb. O, saxlanılarkən ibadətxanadakılardan birini yaraladığı ittihamı ilə həbs edilib.

Qeyd edək ki, bundan əvvəl yerli əhali ilə görüşərkən kütlədən bir şəxs Makrona etiraz edərək onun üzünə şillə vurmuşdu.

Şillədən sonra bu dəfə də Makronu qovdular - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA