intertv.az
intertv.az

Makrona şillə vuran şəxs döyüş ustası imiş

9-06-2021, 12:29 78 200 dəfə baxılıb

Makrona şillə vuran şəxs döyüş ustası imiş


Ötən gün Fransa prezidenti Emmanuel Makrona şillə vuran şəxsin kimliyi bəlli olub.

Fransa prezidentinə şillə vuran 28 yaşlı Damien T. adlı şəxsin Avropa tarixi döyüş sənətləri ustası olduğu üzə çıxıb.

Fransız mətbuatı hücumçunun yaxın-şərq qılıncoynatma sənəti olan Kendo ilə məşğul olduğunu, həmçinin HEMA ustası olduğunu yazıb.

Sözügedən şəxsin sosial şəbəkələrdə radikal sağçıları izlədiyi müəyyənləşdirilib.
Makron da ötəngünkü hadisədən sonra ilk dəfə yerli mətbuata açıqlama verib. O, hər şeyin qaydasında olduğunu bildirib:

“Respublikada səlahiyyətli şəxslərə hörmət edilməlidir. Mən bu mübarizədən heç vaxt vaz keçməyəcəyəm. Səlahiyyətlilər, nə olursa olsun bizdən daha böyükdür və hücum mövzusu olmamalıdır".

Fransada ifadə azadlığı olduğunu deyən Makron bildirib:

"Aksiyalarda və çıxışlarda şiddət və nifrət olmamalıdır, əks halda demokratiya özü bir təhdidə çevrilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA