intertv.az
intertv.az

Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yetirməlidir"

5-04-2021, 16:57 21 505 dəfə baxılıb

Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yetirməlidir"


Aprelin 5-də ADA Universitetində Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın minalanmadan əziyyət çəkən ölkələrdən biri olduğunu, hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün işlərin yüksək sürətlə davam etdirildiyini bildirib.

Minalardan təmizləmə işlərinin Azərbaycan üçün öncül sahələrdən olduğunu deyən Prezident Administrasiyası rəsmisi Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi üzündən əlavə çətinliklərin ortaya çıxdığını, bu istiqamətdə beynəlxalq səviyyədə danışıqlar aparıldığını diqqətə çatdırıb.

H.Hacıyev xatırladıb ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarda məqsədyönlü minalanma işləri aparılması nəticəsində həm hərbçilər, həm də mülki əhali arasında çox sayda ölən və yaralananlar var:

“Biz Ermənistanın beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərini, habelə insan həyatını qorumaqla bağlı mənəvi öhdəliklərini yerinə yetirməsini tələb edirik. Azərbaycan sülhü və məsuliyyəti təmin etmək üçün hər cür mümkün və zəruri hüquqi tədbirləri görəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA