intertv.az
intertv.az

Avropa Oyunları vaxtı Bakıdakı bəzi parkomatlar işləməyəcək - RƏSMİ

27-05-2015, 17:33 115 dəfə baxılıb

Avropa Oyunları vaxtı Bakıdakı bəzi parkomatlar işləməyəcək - RƏSMİ

Bir neçə gündür ki, mediada şəhərin mərkəzi küçələrində quraşdırılmış yeni parkomatların sökülməsi və bunun I Avropa Oyunları ilə bağlı olması barədə məlumatlar yayılır.

Lent.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi məsələyə aydınlıq gətirib. İdarənin rəisi Həsən Abdullayev bildirib ki, şəhərin mərkəzi küçələrində parkomatlar nəinki yığışdırılmır, əksinə onların sayı artırılır: “Mətbuatda dərc olunan şəkillər çıxarılan parkomatların qalığı yox, quraşdırılan yeni parkomatların bir hissəsidir. Sürücülər adi vaxtlarda olduğu kimi, I Avropa Oyunları zamanı da onlar parkomat olan yerlərdə avtomobil saxlaya biləcəklər. Şəhərin bəzi mərkəzi küçələrində isə I Avropa Oyunları ilə bağlı yol yaxınlığındakı parkomatlar isə yarışlar zamanı müvəqqəti işləməyəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA