intertv.az
intertv.az

"Bu təhqirlər ən çox anama pis təsir etdi"

30-03-2021, 09:28 23 460 dəfə baxılıb

"Bu təhqirlər ən çox anama pis təsir etdi"


"Dostluğumda kim nə paylaşır bəyənirəm. Bəyənmədiyimə isə "like" qoymadan keçirəm. Hərdən oxuyuram ki, nələr yazırlar. Avropaya baxırsan, gör, orada bir məşhura mənfi rəy yazılıb? Sənətçilərini qaldırıb qoyurlar göyün bir qatına".
Bu sözləri müğənni Rüfət Axundov "Hüseynova bacıları" verilişində deyib. Sənətçi sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən bəhs edib:

"Maşında, qolumda saat şəkil qoyuram. Nə gəldi yazırlar. 25 ildir sənətdəyəm, mənası nədir o sözləri yazmağın? Kostyumum var, geyinmişəm, kimin nəyi var sağlığına qismət. Özümdən narahat deyiləm. Hər kəsin anası, ailəsi var. Ən çox anama təsir edir, pis olur. Məndən xoşunuz gəlmirsə, baxmayın, keçin getsin. Anam oturub məni güdür, şəkil qoyanda yazır, nəzik geyinmə, onu etmə. Anama çox pis təsir edir".axşam.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA