intertv.az
intertv.az

Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib

18-04-2015, 21:19 138 dəfə baxılıb

Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib

Tədbirin informasiya dəstəkçisi APA Holding-dir

Bu gün Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, əsas məqsədi şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması və istedadlıların üzə çıxarılmasından ibarət olan fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir. Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onlar tədbirin keçirildiyi 3 gün ərzində “Kempinski Badamdar” hotelində qalacaqlar və asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub.

Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu il fənn olimpiadaları üç mərhələdə keçirilib. Onun sözlərinə görə, olimpiadanın I - rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib: "3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib. Final mərhələsində iştirak edən şagirdlərin 240 nəfəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasiyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək. İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadaları şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir".

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinin informasiya dəstəkçisi qismində APA Holding çıxış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA