intertv.az
intertv.az

Yolların buz bağlaması nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

25-02-2021, 10:56 21 505 dəfə baxılıb

Yolların buz bağlaması nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI


Ötən gün havanın şaxtalı və qarlı olması səbəbindən paytaxt yollarında 41 yol qəzası baş verib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Ölkə.Az"a bildirib.

Onun sözlərinə görə, həmin qəzalarda ölüm faktı qeydə alınmayıb.

Bu gün səhər saatlarından indiyə qədr yolların sürüşkən olması səbəbindən Bakıda 9 yol qəzası baş verib.
“Madddi zərərlə nəticələnən yol qəzalarıdır.

Şükürlər olsun ki, qəzalarda ölən və xəsarət alan olmayıb. Eyni zamanda paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda suni tıxaclar yaranıb”, - deyə V.Əsədov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA