intertv.az
intertv.az

Fransa da erməniləri xəyal qırıqlığına uğratdı

16-01-2021, 12:12 29 325 dəfə baxılıb

Fransa da erməniləri xəyal qırıqlığına uğratdı


Makron  Ərdoğana Türkcə məktub unvanladı. 
O, məktubunda Türkiyə ilə münasibətlərinin normallaşdırılması məqsədi ilə görüşmək niyyətində olduğunu dilə gətirib.

Politoloq Elxan Şahinoğlu Makronun Ərdoğana məktubu və bu əsasda Fransa-Türkiyə münasibətlərinin inkişaf dinamikasını şərh edib.

Politoloqun fikrincə, bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. “Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi”- o qeyd edib.

E.Şahinoğlu əlavə edib ki, məktub yazan Makron “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib:
“Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Fransa Rusiyadan artıq deyil. Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə düşmənçiliyin kimsəyə fayda gətirməyəcəyi anlamalıdır. Ərdoğan Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib”.

 Politoloq hesab edir ki, Makronun bu addımı ermənilərə ciddi bir şapalaq olacaq:

“Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq. Ermənilər bir müddət Makronun anti-Türkiyə və anti-Ərdoğan siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu. Münkündür ki, Makron bu səhvini də anlayaraq Bakı ilə dialoqa başlasın. Belə olarsa, Ermənistan hakimiyyəti və Fransadakı erməni lobbisi növbəti xəyal qırıqlığına uğrayacaq. Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı dövlətləri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA