intertv.az
intertv.az

İlham Əliyev: “Bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Ordumuz əsl qəhrəmanlıq göstərib” - VİDEO

15-01-2021, 14:55 41 055 dəfə baxılıb

İlham Əliyev: “Bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Ordumuz əsl qəhrəmanlıq göstərib” - VİDEO


Birinci-vitse prezident Mehriban Əliyeva “Instagram” hesabında Şuşaya səfəri ilə bağlı video paylaşıb.

Videoda dövlət başçısı avtomobili idarə edərək, Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında danışıb:

“Qələbə yolu ilə gedirik və bir daha görürük ki, bu ərazidən, bu meşələrdən keçmək doğurdan da qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz görünür. Baxın, necə də gözəl mənzərədir. Hərbçilərimiz bu yolu piyada gediblər, piyada qalxıblar. Bütün bu ərazi dərə-təpədir. İstifadəyə veriləndən sonra bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərib. Bu yerlərdən keçərək, Şuşaya yaxınlaşıb, Şuşanı işğalçılardan azad edib. Bu yolu açmaq üçün bu dağları ağır texnika ilə yarmışıq. Qabaqda yaşayış məntəqəsi görünür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA