intertv.az
intertv.az

İndoneziyada dəhşətli zəlzələ: 600 yaralı – FOTO/VİDEO

15-01-2021, 10:35 27 370 dəfə baxılıb

İndoneziyada dəhşətli zəlzələ: 600 yaralı – FOTO/VİDEO


İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində azı 26 nəfər həlak olub, təxminən 600 nəfər yaralanıb.

Bu barədə NTV xəbər yayıb.

Zəlzələnin episentri Macene şəhərindən altı kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.

Azı 60 binaya zərər dəyib, yerli xəstəxana binası uçub.

Oxu.az xəbər verir ki, İndoneziya meteoroloqları sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.

Sosial şəbəkələrdə zəlzələnin nəticələri barədə kadrlar paylaşılır. Belə videoların birində binanın dağıntıları altında qalan uşağın yardım istədiyi görünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA