intertv.az
intertv.az

Kadırov Putinə qarşı: Qafqaz yenə qızışır

30-01-2016, 16:41 71 dəfə baxılıb

Kadırov Putinə qarşı: Qafqaz yenə qızışır

















Çeçenistan rəhbəri Ramzan Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır: “Kadırov özünün rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsindən gedir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur. İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. Vassalımın vassalı mənim vassalım deyil. Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kreml atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq”. Qeyd edək ki, bundan öncə Kadırovun ölkənin müxalif kəsimi ilə bağlı çıxışı böyük etirazlara səbəb olub. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen liderin ətrafının fəaliyyəti ilə Qroznı və Dağıstanın bir neçə şəhərində Kadırova dəstək aksiyası keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA