intertv.az
intertv.az

Suqovuşanda kiçik su elektrik stansiyalarının təmirinə başlanıldı - VİDEO

12-01-2021, 11:52 23 460 dəfə baxılıb

Suqovuşanda kiçik su elektrik stansiyalarının təmirinə başlanıldı - VİDEO


“Azərenerji” ASC işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndində yerləşən, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan stansiyaların yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda stansiyaların maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və yaxud yenisi ilə əvəzlənir.



Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA