intertv.az
intertv.az

Qərbin planı işə düşür: Rusiyanın parçalanması

17-01-2016, 12:59 121 dəfə baxılıb

Qərbin planı işə düşür: Rusiyanın parçalanması

















Rusiyanın ictimai-siyasi vəziyyəti həqiqətən ağırdır və get-gedə bir qədər də kəskinləşəcək

Bu barədə Axar.az-a politoloq Tofiq Abbasov açıqlama verib. Onun sözlərinə görə, artıq Kreml ilə əməkdaşlıq edən iqtisadçı dairələr də münasibətlərini bildiriblər: “Lakin vəziyyət hələ o dərəcədə kritik deyil ki, ölkə parçalansın. Rusiya hökuməti tənəzzül meyillərini cilovlamaq üçün anti-böhran proqramı hazırlayır. Əsas məsələ kiçik və orta biznesə hipotetik deyil, real azadlığın verilməsidir. Hazırda Rusiyada hərbi xərclərin məhdudlaşdırılması məsələsi gündəmə gəlib. Bəzi regionların ölkə tərkibindən çıxması kontekstində Qərb təsisatları ünvanlı şəkildə dağıdıcı ideoloji fəaliyyətlərə başlayıblar ki, Rusiya cəmiyyətində mərkəzdənqaçma meyilləri güclənsin. Təbii ki, ölkə daxilində Qərbin 5-ci kolonu da fəallıq nümayiş etdirir. Ancaq Kreml siyasi baxımdan vəziyyəti nəzarətdə saxlayır və yeri gəldikdə müxalif ruhlu qüvvələrə əks-təsir göstərə bilir. Rusiya cəmiyyəti xaricdən dağıdıcı təsirlər gücləndiyi təqdirdə özünün konsolidasiya imkanlarını səfərbər edib hakimiyyətə dəstəyini təmin edir. Xarici qüvvələrin düşmənçiliyini təsadüfən Rusiya cəmiyyətinin seqmenti adlandırmırlar. Bu ənənə Rusiya cəmiyyətində yüzilliklər boyu oturuşub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA