intertv.az
intertv.az

“Türkiyə ilə işləyə bilərik” – Peskovdan sensasion açıqlama

23-10-2020, 14:19 50 830 dəfə baxılıb

“Türkiyə ilə işləyə bilərik” – Peskovdan sensasion açıqlama


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyənin aralarında fikir ayrılıqlarının olduğunu, ancaq ABŞ-la olduğu qədər böyük olmadığını söyləyib.
“Putin ölkəmizin cənub, şimal, şərq və və digər sərhədlərinə münasibətdə çox praktikdir. Bəli, Türkiyə ilə bir çox fikir ayrılıqlarımız var. Amma, bu, məsələn, ABŞ-la aramızdakı fikir ayrılıqları qədər böyük deyil, amma yenə də fikir ayrılıqları var”, - Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında əməkdaşlıq nöqtələri də var:

“Ticarət, iqtisadi və investisiya əməkdaşlığı üçün dərin potensialımız var, bu da eyni fikir ayrılıqlarının mənfi təsirini azaltmağa imkan verir”.

Peskov qeyd edib ki, Rusiya və Türkiyənin qaynar nöqtələrdə ən aktual mövzularda birlikdə işləmə təcrübəsinə sahibdir. ( teleqraf.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA