intertv.az
intertv.az

27 illik həsrətdən yeni ümid doğur - QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA

20-10-2020, 12:20 50 830 dəfə baxılıb

27 illik həsrətdən yeni ümid doğur - QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA


İşğal altındakı torpaqlarımızın azad edilməsi fonunda hər gün vətəndaşlarımızın yeni arzuları, yeni xatirələri ilə bağlı paylaşımlar üzə çıxır.
Kimi indiyədək bir ümidlə saxladığı açarını çıxarır, kimi başqa əşyalarını…

Belə ümid dolu paylaşımlardan biri də Rəşad Əlizadənin babasından yadigar qalan maşınla bağlı olub.

Oxu.az xəbər verir ki, o, xatirəsi ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

R.Əlizadənin sözlərinə görə, Kəlbəcərdən qaçqın düşəndə QAZ-69 markalı maşınla çıxıblar:

“Mən və ailəm Kəlbəcərdən bu QAZ-69-la köçkün düşmüşük. Maşın 1961-ci il istehsalıdır. 1993-cu ildən bu günə kimi bir dəfə də olsun mühərriki işə salınmayıb. Açığı, o halda da deyil artıq…

İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.

“27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu dördqapılı QAZ-69-u Kəlbəcərə getmək üçün təmirə aparıram.

Mən ömrümün beş ilini Kəlbəcər kimi cənnətdə yaşamışam və o beş ilin davamını yaşamağa bu maşınla gedəcəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, maşının indiyədək yürüşü cəmi 67 min kilometrdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA