intertv.az
intertv.az

Türkiyə MN-dən azad olunan kəndlərlə bağlı paylaşım

19-10-2020, 10:52 56 695 dəfə baxılıb

Türkiyə MN-dən azad olunan kəndlərlə bağlı paylaşım


Humanitar atəşkəsə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mülki insanlara hücum edən Ermənistanın cavabını cəbhədə verməkdə davam edir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Nazirlik bəyan edib ki, geri alınan 13 kəndlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb.
 
Kahraman Azerbaycan Ordusu ateşkese rağmen sivillere saldıran Ermenistan’a cevabı cephede vermeye devam ediyor. Ele geçirilen 13 köy ile birlikte işgalden kurtarılan yerleşim yeri sayısı 78’e ulaştı.

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 19, 2020


Xatırladaq ki, bu gün Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA