intertv.az
intertv.az

Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”

19-10-2020, 10:18 60 605 dəfə baxılıb

Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”


“Azərbaycanlı qardşlarımız Ermənistana qarşı çox ciddi mübarizədədir. Biz niyə Azərbaycanda varıq, niyə qardaşlarımızın yanındayıq? Çünki biz haqqın və haqlının yanındayıq, zülm harda varsa, ona qarşıyıq”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şırnak vilayətində keçirilən konqresdəki çıxışında bildirib. 

Ərdoğan Azərbaycanla Ermənistan arasında daha bir atəşkəsin elan olunduğunu xatırladaraq, qeyd edib ki,  Ermənistan bir daha təxribata yol verib və atəşkəsi pozub: “Bu gecə atəşkəs elan edildi, amma Ermənistan yenə atəşkəsi pozdu. Bütün bu həqiqətlər ortada ikən Qərb səs çıxarırmı? Çıxarmır. Türkiyənin səsi çıxınca isə, qınanırırq. Susmayacağıq, dayanmayacağıq”. 

Türkiyə Prezidenti bildirib ki, Azərbaycanın haqlı mübarizəsində qələbə çalacağına inanır: “Kimdir Minsk Qrupu həmsədrləri? Rusiya, Fransa, Amerika. Bunlar Ermənistana hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanınlı qardaşlarımız canları bahasına mübarizə aparırlar. 30 ildir ABŞ, Rusiya, Fransa bu müzakirəni bitirib, qardaşlarımızın torpaqlarını geri almasına imkan yaratmadılar. İndi Azərbaycan işğalda olan öz torpaqlarını azad edir, bundan təbii nə ola bilər? Allah yar və yardımçıları olsun! İnanırıq ki, onlar bu haqlı mübarizələrində qalib olacaqlar və bunu sidq-ürəklə diləyirik!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA