intertv.az
intertv.az

Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşdü

30-09-2020, 13:46 39 100 dəfə baxılıb

Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşdü


Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Sentyabın 30-u səhər saatlarında düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki mənzilə düşüb. Nəticədə evə ziyan dəyib.

Ev sahibi Tofiq Ağayev "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı evdə olub: "Biz digər otaqda televizora baxırdıq. Birdən yataq otağından mərmi səsi gəldi. Allaha şükür ki, xəsarət alan yoxdur".

Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşdü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA