intertv.az
intertv.az

Ölü sayı 13-ə çatdı, 61 yaralı - YENİLƏNİR

19-05-2015, 15:17 145 dəfə baxılıb

Ölü sayı 13-ə çatdı, 61 yaralı - YENİLƏNİR

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir


Bu saata olan son məlumatlara əsasən, yanğnda ölənlərin sayı 13 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 61 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
***

14:30

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib. Daha çox yaralı Toksikologiya Mərkəzinə yerləşdirilib. 9 nəfərə yerində yardım göstərilib.


***

14:05

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 6-ya çatıb. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 20 nəfər xəstəxanalara aparılıb. 6 nəfərə isə yerində yardım edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA