intertv.az
intertv.az

"Dondurulmuş"un çəkilişinə başlandı

18-04-2015, 14:58 187 dəfə baxılıb

"Dondurulmuş"un çəkilişinə başlandı

Bu yaxınlarda "Merac" filmin təqdimatı ilə yeni bir filmin çəkilişlərinə start verilib. Lent.az-ın məlumatına görə, rejissoru Zaur Tahirsoy, ssenari müəllifi Tural Xanı olan " Dondurulmuş" adlı bu film melodrama janrındadır. Filmdəki rolları digər film və seriallardakı ifaları ilə tanınan simalar - Xəyyam R. Musa (Dj XtReMe), Faiq Mirzəyev, Gülşən Hüseynli, Pərvanə Alıyeva, Nicat Baxşəliyev, Abbas Əlioğlu, Namiq Əlioğlu, Nigar Şamilova, Cavid Aydınov, Faiq Ağamalıyev və digərləri canlandıracaqlar.

Çəkilişlər Bakı və İstanbul şəhərləri üçün nəzərdə tutulub. Film tam fərqli və maraqlı ssenariyə malikdir. Həyat yoldaşı ölümcül xəstə olan həkim tibbi eksperimentlə onu əbədiləşdirmək qərarına gəlir və bədənini dondurur. Həkim zamanla bu xəstəliyə çarə tapılacağına ümid edir lakin zaman bu ümidləri doğrultmur və o ürək xəstəliyindən vəfat edir. Lakin ölümündən əvvəl yetimlər evindən götürüb böyütdüyü mənəvi oğlu Muradı Azərbaycana çağırır və olanları danışıb vəsiyyət edir və həmçinin bildirir ki, doğma qızı Aysunun bunlardan xəbəri yoxdur. Xaricdə tibb təhsilini başa vurub vətənə qayıtmış Murad həkimin ölümündən sonra dondurulmuş qadının müalicəsini araşdırır və onu həyata qaytarır. Həkimin vəsiyyət və tövsiyəsi ilə Murad zahirən gənc daxilən isə yaşlı olan bu qadına xüsusi diqqət və sevgi göstərir, bu işdə ona həkimin qızı Aysun da kömək edir. Zamanla Murad qeyri-iradi müalicə etdiyi qadına - Jaləyə vurulur. Bundan xəbər tutan Aysun gizli şəkildə Jalənin sağalmasına əngəl törətməyə başlayır çünki özü də Turala vurulmuş olur. Lakin bilmir ki Jalə onun doğma anasıdır.

Filmin moderatoru Nigar Şamilbəyli filmin ssenarisi haqqında tam məlumat verməyərək bunun tamaşaçılar üçün maraqlı bir sirr olaraq qalmasını istəyib və qeyd edib ki, film oktyabr ayında kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcək. Filmin quruluşçu operatoru Sadıq İbrahimli, operatoru Soltan, prodüsseri Abbas Əlioğludur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA