intertv.az
intertv.az

Beyrutdakı partlayışda ölənlərin sayı artır

6-08-2020, 11:22 3 933 dəfə baxılıb

Beyrutdakı partlayışda ölənlərin sayı artır


Beyrutda baş verən partlayışda ölənlərin sayı 137 nəfərə çatıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, yaralıların sayı 5 minə çatıb, onlarla insan hələ də itkindir.

Xatırladaq ki, avqustun 4-ü Beyrut limanında yerləşən pirotexniki anbarda güclü partlayış olub. Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışa səbəb anbarda saxlanılan 2,7 min tondan çox ammonium nitratın qaynaq işləri zamanı baş verən yanğın olub. Partlayış zamanı zərbə dalğası paytaxtın bir çox məhəlləsində onlarla evlərə, avtomobillərə ciddi ziyan vurub, binaların şüşələrini sındırıb. 300 mindən çox insan evsiz qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA