intertv.az
intertv.az

Yasamalın icra başçısı gölləri tikinti üçün qurudur — FOTO - VİDEO

20-07-2020, 14:45 32 dəfə baxılıb

Yasamalın icra başçısı gölləri tikinti üçün qurudur — FOTO - VİDEO


İki ay əvvəl “3 Tac” adlı yaşayış kompleksinin ərasizində olan gölün çirklənməsi haqda yerli sakinlərin şikayətindən sonra bu göl bir müddət ictimayyətin maraq dairəsi olmuşdur. Əraziyə bir çox səlahiyyətli dövlət mütəxəsisləri gəlib, gölə baxış keçirib, çirklənmənin vəziyyəti və gölün gələcək taleyi haqda qərar vermişdilər. Baxış zamanı məlum olmuşdu ki, gölü borular vasitəsi ilə qurutmağa çalışırlar.

Yasamalda yerləşən “Qanlı göl” də tikinti işləri aparılması səbəbindən qurudulur. Yasamal İcra Hakimiyyəti ərazi qazanmaq üçün gölləri qurudur, ekoloji təhlükəyə yol açır.

Xatırladaq ki, keçən il Prezident İlham Əliyevin qərarı ilə bu gölün qorunması və ətrafının abadlaşdırılması ilə əlaqədar sərəncamda verilmişdir, amma aşağıdakı gördüyünüz şəkildə heç nəyə məhəl qoyulmadan və sakinləri xəbər etmədən yenidən gölü məhv edirlər.

Bakının quru, tozlu və az yağmurlu bir yer olduğunu nəzərə alsaq hər bir su hövzəsi qızıl dəyərindədir. Əvvəllər işbazlar tikinti xətrinə ağacları qurban edirdilər indi isə sıra göllərə gəlib çatıb.

Yasamalın icra başçısı gölləri tikinti üçün qurudur — FOTO - VİDEOYasamalın icra başçısı gölləri tikinti üçün qurudur — FOTO - VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA