intertv.az
intertv.az

DYP-də məmur özbaşınalığı - Vətəndaş avtomobilini cərimə meydançasından götürə bilmir...

18-07-2020, 01:57 154 dəfə baxılıb

DYP-də məmur özbaşınalığı - Vətəndaş avtomobilini cərimə meydançasından götürə bilmir...


"Dövlət Yol Polisi əməkdaşları avtomobilimi qanunsuz saxlayaraq cərimə meydançasına aparıblar". Bu barədə Bizimxeber.az-a Bakı şəhər sakini Ayaz Qocamanov məlumat verib. O bildirib ki, bu gün səhər saatlarında Yasamal rayonu ərazisində hərəkətdə olan zaman LC001 AZTR19 nömrə nişanlı Mercedess markalı avtomobili 99 YP 357 nömrəli DYP avtomobilinin saxlama əmri ilə durdurulub: "Saxladıqları zaman səbəb soruşdum. Heç bir qayda pozuntusu olmadığı və məni əsassız olaraq saxladıqlarını bildirdim.

Yol inspektoru açıq şəkildə bildirdi ki, avtomobilimin saxlanılması və cərimə meydançasına aparılması ilə bağlı göstərişi YP-"051" verib. İnspektor BPİ-nin Dövlət Yol Polis İdarəsində 20-ci otağa yaxınlaşaraq məsələni orada həll edəcəyimizi tövsiyyə etdi. Qısa müddətdə 20-ci otağa yaxınlaşaraq Xeyrulla Cəlilov adlı şəxslə görüşdüm və avtomobilimin niyə cərimə meydançasına aparıldığının səbəblərini oyrənməyə çalışdım. Təssüflər olsun ki, Xeyrulla Cəlilov da göstərişin YP- "051"dən gəldiyini bildirdi və mənə onunla görüşməyin vacibliyini dedi".

Ayaz Qocamanov bildirir ki, avtomobili qanunsuz olaraq saxlanılıb və heç bir əsas olmadan cərimə meydançasına aparılıb: "Cəriməm yox, cinayətim yox. Belə olan təqdirdə avtomobilimin cərimə meydançasına aparılmasını başa düşə bilmirəm. Açıq şəkildə bildirdim ki, cəriməm varsa ödəyim, avtomobilimi götürüm. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm".

Ayaz Qocamanov bildirir ki, hazırda avtomobilini kimdən alacağını bilmir: "Qəribə burasındadır ki, avtomobilimi cərimə meydançasından neçə götürəcəyimlə bağlı mənə heç bir rəsmi məlumat verilmir".

DYP-də məmur özbaşınalığı - Vətəndaş avtomobilini cərimə meydançasından götürə bilmir...


Baş verənlərə aydınlıq gətirilməsi üçün İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA