intertv.az
intertv.az

Kilsəyə inananlara ŞOK — Almaniyada xristianlıqdan kütləvi imtina

29-06-2020, 09:46 15 dəfə baxılıb

Kilsəyə inananlara ŞOK — Almaniyada xristianlıqdan kütləvi imtina


Almaniyada kilsədən ayrılanların sayı rekord həddə çatıb. 2019-cu ildə Katolik Kilsəsindən ayrılanların sayı 26,2 faiz artaraq, 272771-ə çatıb. Protestant Kilsəsindən ayrılanların da sayı 270 mini ötərək, 22,3 faiz olub.
Alman Yepiskoplar Konfransının cümə günü açıqladığı statistikaya görə, kilsədən ayrılmalarla ölümlər üst-üstə gəlindiyində bir ildə hər iki kilsə 400 mindən çox üzv itirib.

Beləliklə də, 83 milyonluq Almaniyanın xristian sayı 55 faizə düşüb. 5,6 faizini müsəlmanlar, təxminən bir faizini yəhudilər təşkil edən Almaniyanın 40 faizini heç bir dinə inanmayanlar tutur.
Eyni zamanda ibadət üçün kilsəyə gələnlərin sayında da 10 faizə yaxın azalma müşahidə olunub.

Bu günə qədər kilsədən ayrılmalar ən son 2014-cü ildə, uşaqlara qarşı təcavüz iddialarından sonra yaşanıb və 218 min katolik kilsə ilə əlaqə kəsilib.

Məsələ ilə bağlı narahatlığını ifadə edən Alman Yepskoplar Konfransının sədri Georg Batzing “Kilsə buna görə, özünü, xalq ilə danışan dilini mühakimə etməlidir” deyib.yeniçağ.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA