intertv.az
intertv.az

Xocavənd uğrunda döyüşdə şəhid olan gizirin ailə üzvləri evlərinə köçə bilmir - GİLEY

18-06-2020, 14:50 18 dəfə baxılıb

Xocavənd uğrunda döyüşdə şəhid olan gizirin ailə üzvləri evlərinə köçə bilmir - GİLEY


2017-ci il fevral ayında Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir Zülfü Qədimovun ailəsinin ev problemi var. Əslən Ağdamın Mərzili kəndindən olan şəhidin ailəsi, hazırda Beyləqan rayon Borsunlu kəndində məskunlaşıblar.

Şəhidimizin qardaşı Hüseyn Qədimov Moderator.az-a açıqlamasında bildirib ki, onlar səkkiz nəfər ailə üzvüdürlər, amma onlara dörd otaqlı mənzil verildiyindən evə yerləşə bilmirlər:

“Dünən Zülfünün doğum günü idi, məzarını ziyarət etdik. Öz qohum-əqrəbamızla birlikdə evdə Zülfünü andıq. Zülfü ailə qursa da, təəssüflər olsun ki, övladı olmadı. Bir nişanəsi qalmadı ki, onunla təsəlli tapaq. Biz neçə vaxtdır ki, elə mətbuatında tez-tez gündəmini zəbt edən nimdaş, şəraitsiz komada yaşayırıq.

Xocavənd uğrunda döyüşdə şəhid olan gizirin ailə üzvləri evlərinə köçə bilmir - GİLEY


Düzdü, bizə Xocavənd rayonunda mənzil verilib, amma bunu düzgün bölməyiblər. Mən özüm ailəliyəm, iki övladım var, atamgildən ayrı yaşayıram. Atam, anam, Zülfünün həyat yoldaşı və bir də 31 yaşında subay qardaşım var. Səkkiz nəfər ailə üzvünə bir yerdə dörd otaqlı mənzil verdikləri üçün biz ora köçə bilmirik. Məsələylə bağlı “Qaçqınkom”a müraciət etmişik, amma hələ ki, müsbət cavab verən yoxdur. Bir daha sizin vasitənizlə müraciət edirik və xahiş edirik ki, aidiyyatı qurumlar biz şəhid ailəsinin məsələsini həll etsin”.

Qeyd edək ki, şəhid gizirimizin ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA