intertv.az
intertv.az

Lüksemburda Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin toplantısı olacaq

18-04-2015, 11:45 249 dəfə baxılıb

Lüksemburda Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin toplantısı olacaq

Aprelin 20-də Luksemburqda Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı" ölkələri ixarici işlər nazirləri arasında görüş keçiriləcək.

APA-nın Aİ-nin saytına istinadən verdiyi məlumata görə, konfrans Aİ Xarici Əlaqələr Şurasının iclası çərçivəsində baş tutacaq.

Konfransa Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndə Federika Mogerini sədrlik edəcək.

Görüdə, əsasən mayın 21-22-də Riqada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Konfransda Aİ-nin Latın Amerikası və Karib dənizi ölkələri ilə münasibətləri, Liviya, Yəmən məsələsi və İranın nüvə proqramı üzrə danışılar müzakirə ediləcək.

Tədbirdə Azərbaycan da təmsil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA