intertv.az
intertv.az

"Səndən də yaxşı kişilər məni istəyir deyib, çantasından bıçaq çıxartdı" — Bakıda 7 il sonra üstü açılan DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI-VİDEO

4-06-2020, 11:45 22 dəfə baxılıb

"Səndən də yaxşı kişilər məni istəyir deyib, çantasından bıçaq çıxartdı" — Bakıda 7 il sonra üstü açılan DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI-VİDEO


Bakıda arvadını öldürüb su hövzəsinə atan Nazim Cəfərovun cinayət işi.
7 il əvvəl baş verən cinayət işinin üstü 2019-cu ilin mart ayında açılıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Nazim Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Müəyyən edilib ki, Nazim Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində 30 yaşlı həyat yoldaşı Kamilə Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.

2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu səbəbdən Kamilə Cəfərova kimsəsizlər qəbristanlığında dəfn olunub.

Təqsirləndirilən qismində dindirilən Nazim Cəfərov bildirib ki, Kamilə Cəfərova ilə 2000-ci ildə rəsmi qaydada ailə həyatı qurub. Nigahdan biri oğlan, digəri qız olmaqla iki övladı var. Həyat yoldaşı Kamilə onun ögəy dayısı qızı olub. Bir müddət Cəlilabad rayonunda yaşasalar da, sonradan Qobustan qəsəbəsində ev tikərək ailəsini ora gətirib. Nazim Səfərov taksi fəaliyyəti ilə məşğul olduğundan günün çox hissəsini evdə olmuyub. Kamilənin kənar şəxslərlə danışmasından və görüşməsindən şübhələnib.

7 il sonra üstü açılan dəhşətli qətl barədə daha ətraflı videonu təqdim edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA