intertv.az
intertv.az

Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO

3-06-2020, 10:31 21 dəfə baxılıb

Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO


Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb.

Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "VAZ 2106", 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ 21014", 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi "Mersedes Sprinter" markalı yük avtomobilləri toqquşub.

Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa 2 nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yenicə baş verdiyi üçün digər 2 yaralının adı hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTOGöyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTOGöyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA