intertv.az
intertv.az

Deputat uşaq evlərini TƏNQİD ETDİ

2-06-2020, 12:44 2 003 dəfə baxılıb

Deputat uşaq evlərini TƏNQİD ETDİ


Bu gün uşaq evlərində sovetlər dönəmindəki qaydalar hökm sürür.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.

Onun sözlərinə görə, sovetlər dönəmində uşaq evlərində olanlar ancaq məktəb yaşlarınadək orada qalırdılar və məktəb yaşına çatdıqda isə onlar internat məktəblərinə yönləndirilirdilər. “Ancaq bu gün internat məktəbində yerlər olmadığında uşaq evlərindəki uşaqlar orta məktəbə də elə uşaq evlərində getməli olurlar. Onları məcbur olub yaxınlıqdakı məktəblərə gedirlər. Buna baxmayaraq uşaq evlərindəki ştat cədvəli artırılmayıb. Sovetlər dönəmindəki ştat cədvəli bu gün də qalmaqdadır. Uşağa baxan tərbiyəçi məcburiyyət formasında məktəbli uşaqlara baxır, onları məktəbə aparıb-gətirirlər. Nəticədə hər tərbiyəçiyə 25-dək uşaq düşür. Bu da problemlər yaradılır. Odur ki, uşaq evləri ilə bağlı problemlərə baxılmalıdır”- komitə sədri deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA