intertv.az
intertv.az

Uhanda vəhşi heyvanların yeyilməsi qadağan edildi

21-05-2020, 12:48 16 dəfə baxılıb

Uhanda vəhşi heyvanların yeyilməsi qadağan edildi


COVID-19 pandemiyasının başlanğıc nöqtəsi olab Çinin Uhan şəhərində vəhşi heyvanların alınıb-satılmasından sonra yeyilməsi də qadağan edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Çinin Hubey əyalətinin 11 milyon əhalisi olan Uhan şəhərində yerli rəhbərlik bütün vəhşi heyvanların ovlanması və yeyilməsinə qadağa qoyub.

Şəhər rəhbərliyi, həmçinin bütün vəhşi heyvanların çoxalmasına da ciddi nəzarət tətbiq olunacağını açıqlayıb.

Qeyd edək ki, dekabr ayında koronavirus epidemiyasının başladığı Çində yanvar ayında bütün növ vəhşi heyvanların ticarətinə qadağa qoyulmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA