intertv.az
intertv.az

"Bunun üçün çox peşman oldum" — Türkan Vəlizadədən səmimi ETİRAF

21-05-2020, 12:06 9 dəfə baxılıb

"Bunun üçün çox peşman oldum" — Türkan Vəlizadədən səmimi ETİRAF


“Hər kəs bu sənətdən vaxtı çatanda ayrılmalıdır. Necə deyərlər “hər aşığın öz dövranı var”. Bu sənətdə olan insanların mütləq ikinci peşəsi olmalıdır. Ona görə yaşım keçmədiyi üçün ali təhsil almaq istəyirəm”.
Bu sözləri ifaçı Türkan Vəlizadə ATV-də yayımlanan “7 canlı” verilişində deyib. Daha sonra o, vaxtilə universitetə qəbul olsa da, maddi imkansızlıq ucbatından təhsilini davam etdirə bilmədiyi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Mən Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olmuşdum. Maddi imkansızlıqdan təhsilimi davam etdirə bilmədim. Çünki daxil oluğum fakultə ödənişli idi. Sonradan təhsilimi davam etdirə bilmədiyim üçün çox peşman oldum . Atam fəhlə işləyib, məni oxudurdu. Ancaq ailədə olan sıxıntıları gördükdən sonra, təhsilimi yarımçıq tərk etmək qərarına gəldim. Ailəm çox istəyirdi ki, mən ali təhsil alım”, - deyə, o, bildirib.

Daha sonra Türkan ailə qurmamasının səbəbini də açıqlayıb:

“Hazırda pul qazanıram, ailəmə baxıram. Mən də ailə qurmaq istəyirəm, ancaq indi bu mümkün deyil. Çünki ailəm qarşısında müəyyən öhdəliklərim var ”- deyə, o, vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA