intertv.az
intertv.az

Füzulidə sabiq baş həkimin cinayət əməlləri aşkara çıxır

16-05-2020, 22:40 1 909 dəfə baxılıb

Füzulidə sabiq baş həkimin cinayət əməlləri aşkara çıxır


Son günlər bəzi xəbər portallarında 10 oktyabr 2019-cu il tarixə kimi Füzuli rayon Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsini daşımış və əslən Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən olduğu bildirilən Məmmədov Cümşüd Məmməd oğlunun işdən çıxarılması ilə bağlı silsilə açıqlamalar dərc olunmaqdadır. Dərc olunan açıqlamalarda vurğulanır ki, bu şəxs vəzifəsindən uzaqlaşdırılmazdan əvvəl, guya ki, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov, Cümşüd Məmmədovu işdən çıxmağa məcbur edir və bu məqsədlə ona zorla ərizə də yazdırır. Bundan əlavə, yayımlanan açıqlamalarda sabiq baş həkimin fikirləri daha çox qabardılır və lazımi araşdırmaları aparmadan ittiham xarakterli məqalələri cəlb edən mətbu qurumlar isə, çox vaxt Gülmirzə Poladovu “top atəşinə” tutmaqdan da ehtiyat etmirlər. Əslində belə bir yanaşmanın varlığı qərəzçilikdən, haqqı nahaqqa “qurban vermək”dən başqa bir şey deyil. Məsələn, yayımlanan açıqlamalarda Cümşüd Məmmədovun fikirləri ictimaiyyətə bu cür çatdırılır: “Məni Gülmirzə Poladov yanına çağırdı və nazirliyə köməklik etməyimi dedi. Cavabımda bildirdim ki, mən pul qazanmıram, pul da vermirəm. O halda Gülmirzə Poladov dedi ki, “işdən çıxmağınla bağlı ərizəni xoşluqla yazmasan, o halda səni kollegiyanın qərarı ilə işdən çıxardacağıq. Bu qayda ilə işdən çıxardılan hər kəs başqa yerdə heç cür işləyə bilmir, ona görə də məcbur olub ərizəmi yazdım”. Bəzi media qurumlarında bu cür məntiqsiz, cılız, heç bir hüquqi əsas olmayan məqalələrin yayımlanması onu sübut edir ki, tək Cümşüd Məmmədov deyil, eyni zamanda bu şəxsin əssasız açıqlamalarını dərc edənlərin yanaşmaları da, olduqca absurd yanaşmalardır. Çünki, hal-hazırda 21-ci əsrdə yaşayırıq və şükürlər olsun ki, bu gün suveren Azərbaycan Respublikasının mükəmməl qanunları var. Sual oluna bilər ki, əgər Cümşüd Məmmədovun iş fəaliyyətində heç bir qüsur olmayıbsa, yaxud da idarəçiliyi qənaətbəxş hesab olunubsa, o halda Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov, ona işdən çıxması haqda necə zor tətbiq edə bilər? Yaxud da, əgər bu şəxsin iddiası həqiqətdirsə, o halda sual oluna bilər ki, nədən Cümşüd Məmmədov SN-nin yetgilisinin əməlləri ilə bağlı müvafq dövlət qurumlarına yazılı şikayətini təqdim etmir?

Cümşüd Məmmədov digər ittihamlarında onu da qeyd edir ki, mənim işdən azad olunmağımda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin və Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun böyük rolları olub. Bu cür açıqlamalar da, məhz olduqca düşündürücü və absurd açıqlamalardır. Çünki, Fizuli rayon Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsini daşıyan şəxsin daşıdığı vəzifəsindən kənarlaşdırılması, birbaşa SN-nin səlahiyyətinə aid olan məsələdir. Ona görə də, bu kimi işlərdə kimlərisə ittiham etməyin heç bir hüquqi əsası yoxdur.

Daha usandırıcı halın varlığı isə, Cümşüd Məmmədovun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 fevral 2011-ci il tarixli Sərəncamı əsasında Füzuli rayon İcra Hakimiyyətinə başçı təyin olunan Alı Alıyevi rüşvətxorluqda ittiham etməsidir. Məsələn, o, bəzi media qurumlarına verdiyi açıqlamalarında qeyd edir: “Mən 2013-cü ildən icra başçısı Alı Alıyevin şəxsən özünə ayda 2000 manat pul verirdim. Maaşımı alırdım, üstünü də düzəldib çatdırırdım”. Yəqin ki, bu cür əssasız və məntiqsiz ittihamı eşidən hər kəs ya “kar”, ya da ki, “kor” olar. Çünki, sual oluna bilər ki, görəsən Cümşüd Məmmədov Fizuli rayon Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsini daşıyarkən, ayda nə qədər əmək haqqı alırmış ki, o, hər ay Alı Alıyevə 2 min manat pul verirmiş? Digər tərəfdən, əgər icra başçısı onu ayda 2 min manat pul verməyə məcbur edirdisə, bəs səbəb nə olub ki, o, Alı Alıyevin belə bir addımı ilə bağlı zamanında rəsmi dövlət qurumlarına müraciətini təqdim etməyib?

Digət tərəfdən, Cümşüd Məmmədov başqa bir ittihamında onu da bildirir ki, guya o, baş həkim vəzifəsindən uzaqlaşdırılan zaman müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, onun işdən çıxarılmasına kəskin etirazlarını ifadə edirlər. Buna baxmayaraq, bir kimsə onların etirazlarına məhəl qoymur. Belə bir yanaşma da olduqca mücərrəd, olduqca absurd yanaşmadır. Çünki, hər bir etirazın, hər bir narazılığın qanunla müəyyən olunmuş həlli yolları var. Yəni, tutaq ki, 215 nəfər əməkdaşın tam əksəriyyəti narazılıqlarını ifadə edirdilərsə, nədən həmin şəxslər öz müraciətlərini yerli və yuxarı dövlət qurumlarına çatdırmayıblar? Yəni, həmin şəxslərin hər biri bir vətəndaş olaraq Konstitusiya ilə onlara verilmiş hüquqlarını müdafiə etməyiblər?

Sabiq baş həkimin Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini daşıyan Natiq Şükürovla bağlı səsləndirdiyi ittihamlar da, əslində cəfəngiyyatdan başqa bir şey deyil. Məsələn, Cümşüd Məmmədov bu şəxslə bağlı iddiasında vurğulayır ki, guya o, RİH-nin başçısı Alı Alıyevlə bazarlığa gedir və Horadiz Şəhər Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini daşımış qardaşı oğlu Şaiq Şükürovu Füzuli rayon Diaqnostika Mərkəzinə baş həkim təyin etdirir. O halda sual oluna bilər ki, görəsən 63 yaşlı Cümşüd Məmmədov belə bir ittihamını sübuta yetirmək üçün, hansısa əsaslandırılmış dəlil-sübuta malikdirmi? Yoxsa, elə boş-boşuna danışmağa adət edib?

Ən incə və həssas nüaslardan biri də, yayımlanan açıqlamalarda Cümşüd Məmmədovun şəhid ailəsinin üzvü olması faktının daha çox qabardılmasıdır. Əvvəla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda dünyasını dəyişən hər kəsə Allah rəhmət eləsin! Digər tərəfdən, bu gün hər bir şəhid ailəsinə qarşı dövlətimiz tərəfindən lazımi diqqət və qayğı göstərilir, müəyyən təminatlar ödənilir. Belə ki, bu Vətən və torpaqlarımızın bütövlüyü uğurunda şəhid olmağa hər kəs hazır olmalıdır. Çünki, Vətən hər kəs üçün müqəddəs, hər kəs üçün əziz olmalıdır.

İndi isə hər kəsi Fizuli rayon Diaqnostika Mərkəzində baş həkim vəzifəsini daşıyarkən, Cümşüd Məmmədovun bu səhiyyə müəssisəsində qol qoyduğu qanunsuzluq əməlləri ilə tanış edək. İntertv.Az-ın əldə etdiyi şifahi məlumatlara görə bu şəxs baş həkim vəzifəsini daşıyarkən, o, daşıdığı vəzifəsindən daim sui-istifadə edir və Beyləqan, İmişli və Ağcabədidən olan 20 nəfər şəxsə dializ xəstəsi olmaları barədə saxta arayışlar düzüb qoşur. Az sonra həmin şəxslərin hər biri əldə etdikləri saxta sənədlər əsasında pensiyaya çıxırlar və belə bir halın varlığı da, dövlət büdcəmizin müəyyən qədər “tarmar” olmasına səbəb olur. Bu da haqqı-ədaləti “qorumağa çalışan”, “hüquqlarının pozulduğunu” iddia edən, bəzi vəzifə sahiblərini qanunsuzluq əməllərinə qol qoymaqda ittiham edən Cümşüd Məmmədovun atdığı addımlardır.

İntertv.Az-ın əldə etdiyi məlumatlara görə, hal-hazırda Fizuli rayon Diaqnostika Mərkəzində sabiq baş həkimin dönəmindən fərqli idarəçilik həyata keçirilir. Yəni, nə icra bağçısına aylıq “haqq-hesab” verilir, nə də ki, hansısa ad altında müəssisənin əməkdaşlarından pul toplanır. Bütün bunlar onu söyləməyə əsas verir ki, gec-tez Cümşüd Məmmədovun bugünkü ittihamlarının hər biri iflasa uğrayacaq, bu şəxsin iç üzünü hər kəs də biləcək.

İntertv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA