intertv.az
intertv.az

WhatsApp-da YENİLİK – 50 nəfərədək artırıldı

14-05-2020, 13:32 27 dəfə baxılıb

WhatsApp-da YENİLİK – 50 nəfərədək artırıldı


WhatsApp aprel ayında qrup şəklində videoçatlarda iştirakçıların limitini 8 nəfərədək artırmışdı. Proqramın növbəti yeniləməsində limit 50 iştirakçıyadək genişləndiriləcək.
Bunun üçün Messenger Rooms platformasından istifadə nəzərdə tutulub. Messenger Rooms Xidməti — Facebook-un tərkibində böyük videokonfranslar üçün yaradılmış platformadır. WhatsApp-ın növbəti yeniləməsində Messenger Rooms işarəsi görünəcək və onun üzərinə klikləyəndə yeni funksiya işə düşəcək. İstifadəçilər qrup videozənglər üçün “otaq”lar yarada, dostlara dəvət göndərə bilər. “Otaq”ın maksimum tutumu 50 nəfər olacaq. Yeni funksiya WhatsApp-ın veb və mobil versiyalarında aktiv olacaq. Yeni funksiyanın yaxın həftələrdə tətbiqinə başlanılacağı gözlənilir. (modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA