intertv.az
intertv.az

Musiqiçilər “Türk dünyasının mədəniyyət paytaxtı”nı belə salamladılar – VİDEO

14-05-2020, 13:13 23 dəfə baxılıb

Musiqiçilər “Türk dünyasının mədəniyyət paytaxtı”nı belə salamladılar – VİDEO


Hər il ənənəvi olaraq müxtəlif tədbirlərdə bir araya gələn və konsertlər verən TÜRKSOY ölkələrinin sənətçiləri pandemiya səbəbindən ertələnən “Türk dünyası mədəniyyət paytaxtı-2020”nin açılış tədbirində çıxış edə bilmədikləri üçün virtual bir layihəyə imza atıblar.

Tanınmış musiqiçilərin iştirakı ilə Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə klip hazırlanıb. Layihədə 10 ölkədən 18 musiqiçi iştirak edib. Layihənin icrası TÜRKSOY-un Ankaradakı qərargahından distant yolla təmin olunub.

Qeyd edək ki, Xivə şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılışı mart ayının sonlarına nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən təxirə salındı.



Mehparə SULTANOVA/Medeniyyet.az
Ankara






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA