intertv.az
intertv.az

“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD / FOTO

6-05-2020, 14:13 44 dəfə baxılıb

“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD / FOTO


Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilovun milyonluq biznesi üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, icra başçısına qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, Sahil qəsəbəsj, Emin Quliyev pr, ev 50, m. 14 ünvanında qeydiyyatda olan Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib:

"Karxana "Qaradağ çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib. Məsələnin daha maraqlı tərəfi, "Qaradağ çınqıl” MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub”.
C.Həsənli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ rayon icra hakimiyyətindən "təkzib” gözləyidiyini əlavə edib:

"Ümid edirəm, Qarabağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər. Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada – qulağımın dibində şirkət açması da bir ayrı mövzudur”.


“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD / FOTO
“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD / FOTO
“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD / FOTO
“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD / FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA