intertv.az
intertv.az

Polkovnik Dərgahlı cəbhədən danışdı: Müharibə gedir

8-12-2015, 11:03 105 dəfə baxılıb

Polkovnik Dərgahlı cəbhədən danışdı: Müharibə gedir




















Ordu tam hazır vəziyyətə gətirilib

Təbii ki, müharibə gedir. Müharibə heç vaxt bitməyib, son vaxtlar isə atəşin intensivliyi artıb.

Bu barədə cəbhədəki son vəziyyəti “Yeni Müsavat”a şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, son döyüşlər bütün düşmənlə təmas xətti boyu davam edib və minaatanlardan istifadə olunub:

“Goranboy istiqamətindən tutmuş, Füzuli istiqamətinə kimi bütün işğal olunmuş ərazilər boyunca atışmalar gedir. Son günlər erməni tərəfi 60, 82 mm-lik minaatanlardan atəş açır. Biz də 60, 82, hətta 120 mm-likdən (minaatanlardan – red.) cavab zərbələri endiririk.

Kadrlardan ola bilsin ki, vəziyyət aydın görünmür. Ancaq 120 mm-lik minaatanların radiusu sığınacaqlarda, səngərlərdə 20 metr radiusda məhvetmə qabiliyyətinə malikdir. Açıq sahədə isə 50 metr və hətta daha artıq məsafədə itkilər ola bilər. Biz atəş açdığımızı gizlətmirik, çünki düşmən atır, biz də cavab veririk.

Hətta ermənilərin atəşinə artıqlaması ilə cavab veririk, düşmənin canlı qüvvəsi və avtomobil texnikasını da hədəfə alırıq. Eyni zamanda bu zərbələr zamanı pilotsuz uçan aparatlardan da istifadə edirik, məqsəd hər addımda düşməni məhv etməkdir”.

Nazirlik rəsmisi düşmən ölkə ilə sərhəddə vəziyyətin nisbətən fərqli olduğunu vurğuladı:

“Ermənistan tərəfdən minaatanlardan atmırlar, dövlət sərhədi boyu ancaq atıcı silahlardan istifadə olunur”.

V.Dərgahlı bildirdi ki, düşmən tərəf noyabr ayına kimi 100-dən artıq itki verib, amma onlar faktları gizlədir:

“Səngərdəki mülkilər, Dağlıq Qarabağdakı əsgərləri və Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusən də Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlulardan da məhv edilənlər var.

Amma bu haqda rəsmi məlumat verilmir. Şənbə günü isə erməni polkovniki məhv edildi. Düşmən daim gərginlik yaradır, təxribatlar törədir və cavabını da alır”.

Nazirlik təmsilçisi qeyd etdi ki, düşmən ölkədə yaşanan gərginlik üzündən qoşunların təmas xəttində gərginliyin artması gözlənilən idi. Ona görə də ordumuz düşmənin təxribatlarını dəf etmək üçün tam hazırlıqlı vəziyyətə gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA